Maykl Morales yanvar ayında oktagona çıxacağını və rəqibinin Karlos Prates və ya İan Qarry olmayacağını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Dekabr ayı üçün danışıqlar aparılsa da, qarşılaşmanın böyük ehtimalla yanvar ayında baş tutacağı dəqiqləşib.
- Rəqib seçimi: Morales bildirib ki, nə Prates, nə də Qarry onunla döyüşmək istəmir, lakin o, çox çətin rəqibə qarşı yanvar döyüşünü qəbul edib.
- Kəmər planı: İdmançı qeyd edib ki, bu, titul döyüşündən əvvəlki son sınağı olacaq və həmin qələbədən sonra, qismət olarsa, iyun ayında kəmər uğrunda mübarizə aparacaqlar.


