Rusiya millisinin baş məşqçisi Valeri Karpin legioner futbolçular barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Karpin rusiyalı oyunçuların xaricdə çıxış etməsindən məmnun olduğunu bildirib. O qeyd edib ki, Aleksey Mirançuk, Aleksandr Qolovin və Matvey Safonov öz səviyyələrini artırır və fərq yaradırlar. Baş məşqçi həmçinin ümid etdiyini vurğulayıb ki, Batrakov "Qalatasaray"da möhkəmlənəcək və futbolçu kimi inkişaf edəcək.


