Polşa millisinin hücumçusu Robert Levandovski yığma səviyyəsində vurduğu qolların sayını 92-yə çatdırıb və bu göstərici ilə tarixdə altıncı pilləyə yüksəlib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı futbolçu Millətlər Liqasında Rumıniya ilə oyunda het-trik edib və komandasının 6:0 hesablı qələbəsində əsas pay sahibi olub. Levandovski bu nəticə ilə Moxdar Daharini (Malayziya, 89 qol) geridə qoyub və yalnız Romelu Lukaku (Belçika, 94), Sunil Çhetri (Hindistan, 95), Əli Daei (İran, 108), Lionel Messi (Argentina, 125) və Kriştiano Ronalduya (Portuqaliya, 146) uduzur.