Azərbaycan Basketbol Liqasında (ABL) I turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, turun növbəti qarşılaşmasında NTD və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüş "Sumqayıt"ın aşkar üstünlüyü ilə yekunlaşıb.

Bütün periyodlarda təşəbbüsü əldə saxlayan Sumqayıt təmsilçisi rəqibini 111:94 hesabı ilə məğlub edərək çempionata inamlı start verib.

ABL, I tur

NTD – "Sumqayıt" 94:111 (20:30, 32:34, 24:27, 18:20)

Bakı İdman Sarayı