"Mersedes"in pilotu Andrea Kimi Antonelli Bəhreyn Qran-prisində gözlənilən yağıntılar barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Formula 1-in lideri trasın örtüyünün yağışlı hava üçün əlverişli olduğunu bildirib:

"Düşünürəm ki, bu tras yağış altında tamamilə normal olacaq. Asfalt burada o qədər məsaməlidir ki, güclü leysan olmasa, səthdə yığılan su çox az olacaq. Adi yağış altında bu bolidləri ilk dəfə yaş asfaltda sınamaq üçün bəlkə də ən yaxşı tras budur. Örtük o qədər açıqdır ki, su səthdə qalmır, daşların arasındakı boşluqlara axır. Buna görə də akvaplaninq riski əhəmiyyətli dərəcədə aşağıdır".