UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan – Litva matçının hakimləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, D Liqasının 2-ci qrup qarşılaşmasını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi FİFA referisi Qustavo Korreya olacaq. Ona Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək. VAR-da Bruno Esteves, AVAR-da isə Ana Klaudiya Silva Ribeyro əyləşəcək.

Qeyd edək ki, oktyabrın 4-də "Neftçi Arena"da keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da başlayacaq.