Azərbaycan yığması Millətlər Liqasının D liqasında Lixtenşteynlə qolsuz heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında rəqibin baş məşqçisi Konrad Fyunfştyuk görüşlə bağlı bunları söyləyib:

“AFFA-ya təşəkkür edirəm. Azərbaycana ilk dəfədir gəlirəm. Bizim üçün gözəl şərait yaratdılar. Azərbaycan xalqının qonaqpərvliyini gördük. 0:0 bizim üçün də xeyirli nəticə oldu. Hər iki komanda bir xal qazandı. Hücumda şanslarımız oldu, amma özümüzü inkişaf etdirməliyik. Son 3 oyunumuzdan razıyam. 2-3 qol şansımız oldu ki, qalib gələk. Qarşıdakı oyunlara köklənəcəyik”.