"Detroyt Pistons"un prezidenti Trajan Lendqon klubun mərkəz oyunçusu Ceylen Dürenin yeni müqavilə məsələsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Düren beş il üçün 200 milyon dollar dəyərində son təklifə razılıq verə və ya kvalifikasiya təklifini qəbul edə bilər.
Lendqon onun son iki mövsümdə komandanın uğurunda böyük pay sahibi olduğunu vurğulayıb:
"O, fərdi baxımdan möhtəşəm bir il keçirdi. Biz əminik ki, növbəti mövsümü də eyni dərəcədə uğurlu olacaq. Hansı qərarı versə də, onun qayıdışına çox sevinəcəyik".


