Böyük Britaniyanın təhsil naziri Lüsi Pauell İngiltərə Premyer Liqasında maliyyə qaydalarının pozulması ilə bağlı "Mançester Siti" ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Pauell Leyboristlər Partiyasının qurultayında çıxışı zamanı azarkeşi olduğu "Mançester Siti"yə dəstəyini ifadə edib. Nazir çıxışında klubun rəqibi "Mançester Yunayted"in tərəfdarlarına qarşı sərt ifadələr işlədib:

"Həftə boyunca sevinən o "qırmızı şeytanlar"a demək istəyirəm: siz hər bir halda zibilsiniz və bunu özünüz də yaxşı bilirsiniz!"

Xatırladaq ki, "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı iş futbol gündəminin əsas mövzularından biri olaraq qalır.