“Barselona” ötən mövsüm “Mançester Siti”nin müdafiəçisi Joşko Qvardiolu heyətinə qatmaq istəyib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya klubu xorvat müdafiəçini müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edib. Lakin “Mançester Siti” Qvardiolu satmaq niyyətində olmayıb, futbolçunun özü də komandadan ayrılmaq istəməyib.
Nəticədə Qvardiol İngiltərə klubu ilə müqaviləsini 2031-ci ilin iyununa qədər uzadıb. “Barselona” isə alternativ variant kimi “İnter”in müdafiəçisi Alessandro Bastoniyə yönəlib.


