​Baş məşqçi Jorje Jezuşun mətbuat konfransında kapitanın məşqdə iştirak edəcəyini açıqlamasından qısa müddət sonra gərginlik daha da artıb.

​Offsideplus.az xəbər verir ki, Ronaldo planlaşdırılan məşqə qoşulmayıb.

Ulduz futbolçu Danimarka ilə matçın keçiriləcəyi Kopenhagendəki stadionunu və milli komandanın düşərgəsini tərk edərək ayrılıb.