Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo düşərgədən ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, millidən ayrılması ilə bağlı rəsmi açıqlama verib:

"Milli komandanın baş məşqçisinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının Prezidenti ilə apardığım söhbətdən sonra milli komandanın məşq düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə bütün portuqaliyalılara həmişə candan bağlandığım milli komandadan ayrılmağıma səbəb olan hadisələrin həqiqətini danışacağam...

İndi Portuqaliyaya və bütün komanda yoldaşlarıma uğurlar arzulamaq vaxtıdır!"