UEFA Millətlər Liqasının VI turunda İngiltərə millisi səfərdə İspaniyanı 3:2 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, Madridin "Riyad Eyr Metropolitano" stadionunda baş tutan matçda qonaqların qollarını Harri Кейn (45), Ezri Konsa (53) və Morgan Uayt (57) vurublar.

Meydan sahiblərindən Mikel Oyarsabal (65) və Niko Uilyams (75) fərqləniblər. İngiltərə yığmasında Elliot Anderson 63-cü dəqiqədə qırmızı vərəqə alıb.

Opta Sport portalının məlumatına görə, bu qələbə ilə İngiltərə yığması tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 səfər matçında qalib gəlib.

Qrupda hər iki komanda 15 xal toplasa da, əlavə göstəricilərə görə İngiltərə birinci, İspaniya isə ikinci olub. Hər iki kollektiv 1/4 finala vəsiqə qazanıb.