"Neftçi" FIBA Avropa Kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" cavab qarşılaşmasında səfərdə "Parnu" ilə qarşılaşıb.

Təmsilçimiz 61:73 hesabı ilə məğlub olsa da, ümumi hesabda 1 xal fərqi ilə üstün olaraq adını FIBA Avropa Kubokunun əsas mərhələsinə yazdırıb.

FIBA Avropa Kubokunun təsnifat mərhələsi, cavab oyunu

20:00 "Parnu" - "Neftçi" 73:61 (19:19, 21:17, 17:13, 16:12)

İlk oyun: 67:80

Parnu İdman Mərkəzi