"Bayern Münhen" rəhbərliyi komandanın vinqeri Maykl Olise ilə yeni müqavilə üçün danışıqlara hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "Bild" nəşrinin yaydığı məlumata görə, Münhen təmsilçisi fransalı futbolçuya klub tarixinin ən yüksək maaşını – illik 25 milyon avro təklif etməyə hazırlaşır. Hazırda komandada yalnız Camal Musiala və Harri Keyn bu məbləği qazanır.

Lakin nə Olise, nə də onun meneceri Qlen Tveneboa hələ ki gələcəklərini klubla bağlamağa tələsmirlər.

Mövcud sözləşməyə əsasən mövsümə 14 milyon avro qazanan 24 yaşlı hücumçunun tərəfi yeni müqaviləyə sərbəstqalma məbləği bəndinin əlavə olunmasını tələb edir. "Bavariya" rəhbərliyi isə bu məbləğin 200 milyon avrodan artıq olacağı təqdirdə razılaşa biləcəyini vurğulayıb.

Qeyd edək ki, "Real Madrid" və "Liverpul" klubları Maykl Olisenin ətrafındakı vəziyyəti yaxından izləməkdə davam edirlər.