İngiltərəli hücumçu Temmi Abraham Çempionlar Liqasında "Aston Villa"nın "Qalatasaray"a 0:1 hesabı ilə uduzduğu oyundan sonra İstanbul təmsilçisinin yarımmüdafiəçisi Aleksey Batrakovun çıxışını yüksək qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, Abraham açıqlamasında bunları deyib: "Siz də gördünüz, Batrakov çox yaxşı təsir bağışladı! Onlara uğurlar arzulayıram, amma yaxın vaxtda derbi olacaq. O oyunu izləyəcəyəm və ümid edirəm ki, 'Beşiktaş' qalib gələcək". Qeyd edək ki, Abraham ötən mövsüm "Beşiktaş"ın heyətində çıxış edib.