"Bizim üçün vacib oyundur”.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.
Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
“Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik. Rəqib istəklidir, itirəcəkləri heçnə yoxdur. Oyun ərzində əks hücumlara üstünlük verəcəklər. Biz də öz növbəmizdə çalışacağıq ki, rəqib komandanın müdafiə xəttini məharətlə yaraq. Azarkeşlərimizin önündə qələbə qazanmaq istəyirik".
Abbasov yığmanın heyətində itkilərin olduğunu da qeyd edib:
"Litva matçından sonra futbolçularda xırda zədələr oldu. Renat Dadaşovun zədəsi ciddidir. Sabahkı matçda biz onu meydanda görə bilməyəcəyik. Renatın Litva ilə evdəki matça çıxması da dəqiq deyil".
Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


