Misli Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Turan Tovuz" – "İmişli" qarşılaşmasının yeri dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, buna oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqası çərçivəsində "Turan" – "Mladost" (Xorvatiya) matçının təşkil olunması səbəb olub.
"Turan Tovuz"un müraciətini və "İmişli"nin razılıq məktubunu nəzərə alan PFL I və II dövrələrdəki oyunların məkanını əvəzləyib.
Beləliklə, oktyabrın 18-də saat 15:00-da baş tutacaq "Turan Tovuz" – "İmişli" görüşü "Yevlax şəhər stadionu"nda keçiriləcək.


