Misli Premyer Liqasının II turundan təxirə salınmış iki qarşılaşmanın keçiriləcəyi tarix dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqası "Sabah" – "Sumqayıt" və "Qarabağ" – "Kəpəz" matçlarının başlama saatını və tarixini elan edib.
Qurumun qərarına əsasən, hər iki görüş dekabrın 17-də baş tutacaq. Günün ilk oyununda "Sabah" saat 15:00-da "Sumqayıt"ı qəbul edəcək. "Qarabağ" – "Kəpəz" duelinin start fiti isə saat 18:30-da səslənəcək.


