UFC prezidenti Dana Uayt "Pretendentlər seriyası"nda çıxış edən Adam Diopu sərt tənqid etsə də, onu UFC ilə müqavilə imzalamağa layiq görüb. Uayt Diopun döyüşünü bəyəndiyini deməyib və onun çıxışını kəskin şəkildə tənqid edib.
Offsideplus.az xəbər verir ki, Dana Uayt Diopa belə müraciət edib: "Bax, cüssəli oğlan, sənin döyüşün dəhşətli, mənasız və indiyədək gördüyüm ən pis döyüşlərdən biri idi. Sənin duruşun bərbaddır. Qələbə üçün güləşməyə çalışdın, amma tamaşaçılar səni fitə basdı. Əgər UFC-də döyüşsəydin, istənilən ağır çəkili səni nokauta salardı. Daha bir böyük problem var: sən artıq 31 yaşındasan. Əgər bu imkanı bu gün əldə etməsən, nə edəcəksən? Harada olacaqsan? Məni bu qərarıma görə peşman etmə".
Adam Diop "Dana Uaytın Pretendentlər seriyası"nda rusiyalı Zaubrek Sabanovu ikinci raundda texniki nokautla məğlub edib.


