UFC-nin orta çəki döyüşçüsü İsmayıl Naurdiyev Xamzat Çimayevin Şon Striklendə qarşı döyüşdən əvvəl çəki salma prosesində ciddi problemlərlə üzləşdiyini təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, Naurdiyev bu barədə belə danışıb: "Bəli, onunla birlikdə çəki salırdım. Onun üçün çox ağır idi. Məhz buna görə çəki salmaqdan nifrət edirəm. Bu, tamamilə mənasızdır. Krokopun dediyi kimi, çəki salmaq idmanda ən böyük aldatmadır. Sadəcə olaraq, böyük idmançılar çəkini salıb kiçiklərlə döyüşürlər. Əgər hər kəs öz təbii çəki dərəcəsində çıxış etsəydi, döyüşlər daha maraqlı olardı. Döyüşçülər çəki salmağa sərf etdikləri enerjini qəfəsdə sərgiləyə bilərdilər".
Xatırladaq ki, Xamzat Çimayev 2026-cı ilin mayında Şon Striklendə qarşı döyüşdə hakimlərin bölünmüş qərarı ilə məğlub olub.


