"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsindəki ev oyunları üçün paket bilet satışı uğurla davam edir.
Bu barədə klubun mətbuat xidmətindən Offsideplus.az-a məlumat verilib.
Klub rəsmisinin sözlərinə görə, indiyədək 35 mindən çox paket bilet satılıb. Bu isə 4 ev qarşılaşmasında ümumilikdə 140 min azarkeşin tribunada olacağı deməkdir.
Qeyd edək ki, paket biletlərin satışı oktyabrın 1-dən etibarən rəsmi olaraq dayandırılacaq və bundan sonra yalnız təkli biletlərin satışına başlanılacaq.


