UFC döyüşçüsü Şon Şaraf 2024-cü ildə Frensis Nqanuyla sparrinqdən sonra MMA karyerasını bitirməyi düşündüyünü etiraf edib. O bildirib ki, Las Veqasda Xtreme Couture zalında məşq edərkən Şon Striklendlə birlikdə hazırlaşırmış və ilk sparrinqini məhz Nqanuyla keçirib. Həmin vaxt Frensis PFL-də Renan Ferreyra ilə döyüşə hazırlaşırmış.

Offsideplus.az xəbər verir ki, Şaraf bu təcrübənin onun üçün ən qorxulu anlardan biri olduğunu deyib: "Sparrinqdən sonra gözlərimin ətrafı qaralmışdı, halbuki o, böyük əlcəklərlə məşq edirdi. Nqanunun məni yerə yıxdığı an çox sevinmişdim. Sparrinqdən çıxıb kompleksin arxa hissəsinə getdim, orada bir az dayanıb həyat seçimlərimi düşündüm: 'Sən doğrudan da bu işlə məşğul olmaq istəyirsən? Bu adam dəhşətlidir. UFC-də belə ağırçəkil döyüşçülər var'", – deyə Şaraf bildirib.