"Fənərbağça" klubunun "Turan Tovuz"la keçiriləcək yoldaşlıq görüşü üçün Bakıya gələcəyi tarix dəqiqləşib.
Offsideplus.az xəbər verir ki, bu barədə Qərb təmsilçinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev saytımıza açıqlamasında bildirib.
Klub rəsmisinin sözlərinə görə, İstanbul təmsilçisi oktyabrın 2-də Azərbaycan paytaxtına təşrif buyuracaq, matçın səhəri günü - oktyabrın 4-də isə geri dönəcək.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Turan Tovuz" – "Fənərbağça" qarşılaşması saat 20:00-da start götürəcək.


