PFL-in yüngül çəkidə çempionu Usman Nurmaqomedov Aleksandr Şabliylə revanş döyüşünün əhəmiyyətsiz olduğunu bildirib. O, Şabliyin artıq keçilmiş mərhələ olduğunu və diqqət çəkmək istədiyini deyib. Usman qeyd edib ki, Şabliyi məğlub edib və bu döyüşdə öz yaşını, rəqibin səviyyəsini və böyük təcrübəsini nəzərə alanda göstərdiyi çıxış onun üçün böyük təcrübə olub.

Offsideplus.az xəbər verir ki, Nurmaqomedov sentyabr 2024-cü ildə baş tutan qarşılaşmada Şabliyi hakimlərin yekdil qərarı ilə məğlub edib. Usman əlavə edib ki, dördüncü raundda rəqibini nokdauna salıb, beşinci raundda isə Şabliyə üzünü tutaraq "Sən deyirdin ki, məni udacaqsan" deyib. Şabli isə "Mən buradayam" cavabını verib. Usman isə "Mən buradayam, amma sən artıq yoxsan" söyləyib. Beşinci raundda Şabliyə "Sən artıq tükənmisən və heç nə edə bilməyəcəksən" dediyini də vurğulayıb. Raund bitdikdən sonra Şabli qırıq burunla Usmanın əlini sıxıb. Aleksandr Şabliy isə döyüşün yekununda "Bizim döyüş maraqsız keçdi, nə tabe etmə, nə də vaxtından əvvəl qələbə oldu. Tsarukyanın güləşi Usmandan qat-qat üstündür" fikirlərini səsləndirib.