Movsar Evloyev qarşıdakı UFC 333 turnirində Aleks Volkanovski ilə titul döyüşü öncəsi gözləntilərini bölüşüb. O bildirib ki, rəqibinin ən yaxşı formada olmasını arzulayır və bu döyüşdə UFC-də ilk finişini reallaşdırmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Evloyev bu barədə belə danışıb: "Volkanovskinin yaxşı formada olacağını gözləyirəm. İstəyirəm ki, onu məğlub etdikdə heç kim deməsin ki, o artıq əvvəlki kimi deyil. UFC-yə qədər də çempionlarla döyüşmüşəm və insanlar deyirdi ki, onlar artıq yaxşı deyildilər, ya qocalmışdılar, ya da pis hazırlıq keçmişdilər. Bu sözləri bir daha eşitmək istəmirəm. Arzulayıram ki, Aleks ən yaxşı vəziyyətdə olsun və öz bacarıqlarımı göstərə bilim. Bu mənim ilk titul döyüşümdür, UFC-də ilk finişimi etmək istəyirəm".
Qeyd edək ki, Volkanovski – Evloyev döyüşü 24 oktyabrda UFC 333-də, Əbu-Dabidə baş tutacaq.


