"Minnesota Timbervulvz"un baş məşqçisi Kris Finç hesab edir ki, Luka Donçiç, Ceyms Harden və Tre Yanq kimi oyunçular ətrafında qurulan "geliosentrik" komandaların pley-off mərhələsində uğur imkanları məhdud olur.
Offsideplus.az xəbər verir ki, Finç bu barədə belə danışıb: "Bu oyunçular elit səviyyədə ötürmə verən pleymeykerlərdir. Amma belə komandaların pley-offda nail ola biləcəyi uğurun müəyyən həddi var idi, başa düşürsünüz? Baxmayaraq ki, bəzən inanılmaz seriyaları olub. İndi isə məncə, heyəti bir az fərqli şəkildə formalaşdırmaq lazımdır. Komandada dərinlik, gənclik və qarşılıqlı əvəzlənə bilən elementlər önəmlidir".
Finç əlavə edib ki, sadalanan basketbolçular öz rollarında son dərəcə effektivdirlər. Lakin onun fikrincə, Entoni Edvards kimi "anadangəlmə bombardir" üçün ötən mövsüm bu cür rol uyğun deyildi.


