Azərbaycan milli komandası ötən gün Millətlər Liqasının D liqasında ilk oyununa çıxdı. Litva səfərinə çıxan millimizin oyunu 1:1 hesabı ilə başa çatdı.  

Təcrübəli mütəxəssis İlham Yadullayev oyunla bağlı fikirlərini Offsideplus.az-la bölüşüb: 

“Nəticə qənaətbəxşdir. Qapımıza sual altında olan penalti təyin edildi. Futbolçular oyundan qopmadı, sona qədər mübarizə aparıb 1 xal qazandı. Nəticə oyuna uyğun oldu. Amma üstünlük bizdə idi. Rəqib müdafiədən oyuna üstünlük verirdi, əks-hücum futbolu oynamağa çalışırdı. Baxımlı oyun olmasa da, nəticə sərf etdi. İnanıram ki, növbəti üç oyunda da qələbə qazanıb turniri lider kimi başa vurmaq olar”.