Almaniya millisinin sabiq yarımmüdafiəçisi Bastian Şvaynştayger komandanın Millətlər Liqasında Yunanıstana 0:1 hesabı ilə məğlub olmasından sonra sərt və tənqidi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, ​o, Die Mannschaft-ın (Almaniya millisi) artıq keçmişdəki elit statusunu itirdiyini açıq şəkildə dilə gətirib:

​“Biz artıq top-komanda deyilik, sadəcə orta səviyyəli bir komandaya çevrilmişik. Oyuna təsir edə biləcək, fərq yaradan futbolçularımız qalmayıb. Hətta Yunanıstanın belə Karetsas, Çolis və Pavlidis kimi fərq yaradan oyunçuları var”.

​Şvaynştayger yeni baş məşqçi təyin olunan Yurgen Kloppun da sehrbaz olmadığını, uğurun ağır zəhmət tələb etdiyini və futbolçuların da özlərinə "Əlimizdən gələn budurmu?" - sualını verməli olduğunu vurğulayıb.