Argentinalı əfsanə Lionel Messi də futbolla vidalaşmaq barədə planlar qurub.
Offsideplus.az xəbər verir ki, "Footy Headlines" nəşrinin əldə etdiyi məlumatlara görə, argentinalı ulduz 2026-cı ilin təqvim ilinin sonunadək peşəkar futbol karyerasını tamamilə bitirmək variantını ciddi şəkildə nəzərdən keçirir.
Hələlik rəsmi təsdiq olmasa da, 39 yaşlı hücumçunun bu addımı atacağı ilə bağlı iddialar futbol ictimaiyyətində geniş əks səda doğurub.
Xatırladaq ki, Messi 2026 ilində Argentina milli komandası ilə beynəlxalq karyerasına rəsmən nöqtə qoymuşdu.
Onun "İnter Mayami" ilə müqaviləsi kağız üzrə 2028-ci ilin sonuna qədər nəzərdə tutulsa da, mövsümün sonunda futbolla vidalaşmaq ehtimalı gündəmdə qalmaqdadır.


