UFC çempionu Castin Geyci İliya Topuriyanın onların döyüşündə təslim olmadığını bildirib. O qeyd edib ki, Topuriya raundlar arasında stulda oturarkən döyüşdən imtina etməyib. Onun sözlərinə görə, Topuriya döyüşü davam etdirmək üçün çox ciddi zədə alıb və qərarı özü yox, məşqçiləri verib. "Məşqçilər onun yanında məhz belə anlarda onu qorumaq üçün olurlar. Mənim məşqçilərim də eyni səbəbdən küncdədirlər – məni belə vəziyyətlərdə qorumaq üçün", – deyə Geyci vurğulayıb.

Offsideplus.az xəbər verir ki, dördüncü raunddan sonra Topuriyanın qardaşı Aleksandr onu döyüşdən çıxarıb. Həmin vaxt İliyanın burnu və üz sümükləri sınıb. Castin Geyci əlavə edib: "Tsarukyan növbəti titul iddiaçısıdır. Əgər döyüşə bilsəydim, qarşılaşma ilin sonunda baş tutardı".