Fransa millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rayan Şerki "Qızıl Top"u qazanmaq barədə düşünmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu bu il dünyanın ən yaxşı oyunçusu mükafatına namizəd olan 30 nəfərlik siyahıya daxil edilməyib.

"Hazırda "Qızıl Top" barədə xəyal qurmuram. Mən futbolu sevən bir oyunçuyam. Burada siyasət və ya hesablarla məşğul olmaq üçün yox, özüm olmaq üçün varam", – deyə Şerki vurğulayıb.