İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel "Mançester Siti" ilə bağlı maliyyə qayda pozuntuları barədə verilən qərara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, bu mövzunu milli komandada gündəmə gətirmədiyini deyib və xəbərləri ən sonda öyrəndiyini bildirib. O qeyd edib ki, oyunçuların bu barədə danışa biləcəyini ehtimal edir, lakin bunun onları yayındırdığını müşahidə etməyib.
"Ola bilər ki, "Mançester Siti"nin oyunçuları bu məsələni müzakirə edirlər. Amma mən bunu şərh etmək istəmirəm – bildiyimə görə, məhkəmə prosesi hələ davam edir. Özüm bu mövzunu qaldırmamışam. Komandanın düşərgəsində olduğum müddətdə yalnız İspaniya ilə oyuna, məşqlərə və iclaslara fokuslanmışdım. Təbii ki, oyunçuların bu barədə danışa biləcəyini düşünürəm, amma bunun onları yayındırdığını görməmişəm", – deyə Tuxel bildirib.


