Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında X turun görüşləri başa çatıb.

Offsideplus.az xəbər verir ki, X turda kişilərdən ibarət Azərbaycan millisi Bolqarıstan seçməsinə 2,5:1,5 hesabı ilə qalib gəlib. Qadınlardan ibarət komandamız isə Sloveniya seçməsinə məğlub olub – 0,5:3,5.

Bu gün keçiriləcək həlledici XI turda kişilərdən ibarət yığmamız Serbiya ilə, qadınlar isə İran təmsilçiləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, 10 turdan sonra kişilərdən ibarət kollektivimiz 15 xalla 7-ci, qadınlarımız isə 13 xalla 23-cü sırada qərarlaşıblar. İsveçrə sistemi üzrə keçirilən 11 turluq turnirə bu gün yekun vurulacaq.