Cessi Bisivu "Barselona"nın ulduzları ilə tanışlıq təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yayda "Brügge"dən ayrılaraq Kataloniya klubuna qoşulub. O bildirib ki, "Barselona"ya keçidi xəyal kimi hiss etdirir: "Birdən-birə Yamal, Rafinia, de Yong, Pedri kimi futbolçuların yanında olursan. Onların statusuna baxmayaraq, hamısı çox mehribandır. Məni isti qarşıladılar və dərhal özümü rahat hiss etdim. WhatsApp qrupunda nəsə yazmağa cəsarət edərəmmi? (gülür) İlk həftələr sadəcə sakitcə oxuyursan, amma tədricən rahatlaşırsan. Lamin əslində sakit oğlandır, onunla asanlıqla söhbət etmək olur. İlk günlərdə o, mənə haradan olduğumu, hansı tip oyunçu olduğumu və necə hiss etdiyimi soruşdu. Çox səmimi insandır".


