"Red Bull"un pilotu Maks Ferstappen "Mersedes"in sürücüsü Corc Rassellə qalibiyyət uğrunda apardığı mübarizəni şərh edib.

Offsideplus.az xəbər verir ki, niderlandlı pilot Formula 1 üzrə Azərbaycan Qran-prisində rəqibinə 0,196 saniyə uduzaraq ikinci yeri tutub:

"Çox güclü yarış alındı. Məsafənin böyük hissəsini yanlış təkərlərlə sürdüm, çünki medium təkərlər, təəssüf ki, çoxlarının gözlədiyi kimi işləmədi. Lakin soft'təkərlərə keçdikdən sonra Corcla birlikdə digər sürənlərdən necə sürətlə uzaqlaşdığımız görünürdü.

Mənim üçün maraqlı idi. Limitdə hücum etməli olurdum. Bir saniyəlik fərq, 1,1 saniyə - bütün məsafə boyunca məsafə demək olar ki, belə qaldı. Şərait əla idi, çox bəyəndim.

Mənə elə gəlir ki, finiş düzlüyündə mübarizənin bu qədər yaxınlaşmasının tək səbəbi sarı bayraqlar fonunda 15-ci döngədən çıxışda Corcun bolidində yaranan turbolaq idi. Real baxsaq, bütün məsafə boyu olduğu kimi aradakı fərq təxminən bir saniyə olmalı idi", – deyə dördqat Formula 1 çempionu bildirib.