"Mançester Siti"nin sədri Xaldun əl Mubarak klub ətrafında yaranan ittihamlarla bağlı azarkeşlərə müraciət ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, əl Mubarak klubun günahsızlığını sübut etməkdə qərarlı olduqlarını bildirib: "Proses hələ başa çatmayıb, lakin klubun günahsızlığını sübut etmək əzmimiz və inamımız əvvəlki kimi güclüdür. Sizin mövqeyimizi niyə bu qədər inamla müdafiə etdiyimizi başa düşməyiniz üçün çox şey demək istərdim. Lakin hüquqi prosesin məxfiliyi və bu qaydalara riayət etmək niyyətimiz buna imkan vermir. Hətta bu məktub belə bir neçə hüquqi yoxlamadan keçib. Bəziləri tələsik nəticə çıxarıb, ətrafımızda çox səs-küy var, amma heç nə dəyişməyib. Biz artıq birgə çətinliklərlə üzləşmiş və onları dəf etmişik. Hələ də klubumuzun uğurunu kölgə altına salmaq istəyənlər var. Biz buna imkan verməyəcəyik".

Qeyd edək ki, daha əvvəl "Mançester Siti"nin Premyer Liqanın maliyyə qaydalarını 115 pozuntudan 114-də günahkar bilinməsi barədə məlumat yayılıb. Cəza hələ açıqlanmayıb.