Gürcüstan millisində baş məşqçi Villi Sanyol ilə yollar ayrılıb.
Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssisi bu vəzifədə Ramaz Svanadze əvəz edəcək.
R. Svanadze Azərbaycan futboluna yad sima deyil. O, vaxtilə ölkəmizdə "İnter" (indiki "Şamaxı") klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, mütəxəssis 2021-ci ildən bu günədək Gürcüstanın U-21 millisini çalışdırırdı.


