PFL-in yüngül çəki üzrə sabiq çempionu Usman Nurmaqomedovun artıq UFC ilə müqavilə imzaladığı bildirilir. Onun UFC-yə keçidi barədə rəsmi açıqlamanın 15 noyabrda, Nyu-Yorkda keçiriləcək UFC 334 turniri zamanı veriləcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, 31 iyulda Nurmaqomedov Arçi Kolqan üzərində nokautla qələbə qazanaraq PFL kəmərini qoruyub və azad agent statusu əldə edib. Noyabrda PFL ilə eksklüziv danışıqlar müddəti başa çatıb. Usman Nurmaqomedov növbəti döyüşü barədə belə deyib: "Artıq oktaqonu darıxıram. Əllərim döyüş üçün səbirsizdir."


