Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev yaxın vaxtlarda UFC turnirlərinin Rusiyada təşkili üçün işlərin başlanacağını açıqlayıb. O, bu barədə paylaşım edərək UFC prezidenti Dana Uaytın çıxış etdiyi tədbirdən video yayımlayıb və qeyd edib: "Davamlılıq! Biz də tezliklə UFC turnirlərinin Rusiyada keçirilməsi üçün işə başlayacağıq".

Offsideplus.az xəbər verir ki, UFC-nin Rusiyada son turniri 9 noyabr 2019-cu ildə baş tutub. Rusiyalı döyüşçü Pyotr Yan isə bildirib: "Düşünürəm, növbəti döyüşüm mart-aprel aylarında olacaq. UFC-yə Rusiyada kəmər müdafiəsi döyüşü keçirməyi təklif etmək istərdim".