Müdafiəçi Mark Kukurelya Vinisius Juniorun müdafiədə komanda yoldaşı Yan Diomandedən daha az çalışdığını düşünmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Kukurelya bu barədə belə danışıb: "Mən düşünmürəm ki, o, mənə Diomandedən daha az kömək edir. Sadəcə, ona daha çox diqqət yetirilir. Diomande müdafiəyə qayıdanda hər yerdə yazırlar. Vinisius üç epizodda müdafiəyə qayıdır, birində isə yox... Hamı da məhz o bir epizoddan danışır. Əgər Vini hər oyunda üç qol vursa, heç kim heç nə deməz. Bizim üçün əsas odur ki, o, öz ən yaxşı formasına qayıtsın. Çünki Vinisius ən yaxşı vəziyyətində olanda, komandamız çox güclü olur".