Türkiyəli jurnalist Ali Naci Küçük "Qalatasaray"ın rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun transfer qiymətini artırmaq niyyətində olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi Batrakovun müqaviləsindəki transfer qiymətini 70 milyon avroya yüksəltməyi planlaşdırır. Hazırda bu məbləğ 55 milyon avrodur. Küçük qeyd edib ki, ilkin danışıqlarda futbolçunun nümayəndələri 45 milyon avro tələb etsələr də, "Qalatasaray" bu rəqəmi 55 milyon avroya çatdırıb. Batrakovun transferi ümumilikdə 28 milyon avroya başa gəlib. Bunun 25 milyon avrosu əsas məbləğ, 3 milyon avrosu isə mümkün bonuslardır. Həmçinin, "Lokomotiv" klubuna dərhal 10 milyon avro ödənilib. Jurnalist bildirib ki, "Qalatasaray" Batrakovun hər Çempionlar Liqası oyununda fərqləndiyini nəzərə alaraq, transfer qiymətini 70 milyon avroya qaldırmaq istəyir.


