UFC döyüşçüsü Coş Hokit titul döyüşünə layiq olduğunu bildirib. O, uğurunun arxasında illərlə davam edən zəhmətin dayandığını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Hokit bu barədə belə danışıb: "İnsanlar düşünür ki, hər şey bir anda baş verib, amma yalnız 10 il zəhmət gözlənilməz şöhrət gətirir. Heç kim mənim hansı işləri gördüyümü və həyatda nələrdən keçdiyimi bilmir. Mən dörd yaşından güləş, səkkiz yaşından isə futbol ilə məşğul olmuşam. Qazandığım uğur mənim üçün sürpriz deyil. Öz bacarıqlarımla Ganı neytrallaşdıracağam, onu tamamilə yoracağam. Görək, o, bu döyüşü nə qədər çox istəyir".
Qeyd edək ki, Hokit 15 noyabrda UFC 334-də Siril Gan ilə qarşılaşacaq. Ağır çəkidə keçmiş çempion Stipe Mioçiç isə Ganın Hokiti məğlub edəcəyini düşünür: "Siril rəqibini məsafədə saxlayır və səhvə yol vermir".


