UFC-nin sabiq çempionu Robert Uittaker Coş Hokit barədə fikirlərini bölüşüb. O, əvvəlcə Hokiti qeyri-ciddi biri hesab etdiyini, lakin onun obrazına bu qədər dərindən girməsini gördükdən sonra fikrini dəyişdiyini deyib.

Offsideplus.az xəbər verir ki, Uittaker bu barədə belə danışıb: "Düşünürdüm ki, Coş tamamilə axmaqdır. Amma sonra gördüm ki, o, roluna necə ciddi yanaşır: uşaq qidası ilə bədənini yağlayıb, ağızından su axıdırdı. Elə həmin an onu izləməyə başladım. Kim bu qədər obrazına girirsə, mənim izləməyimə layiqdir. İndi onun azarkeşiyəm. Hesab edirəm ki, əgər uşaq qidası ilə bədənini yağlayıb, ağızından su axıtsan, titul döyüşü qazana bilərsən. Coşun hələ kifayət qədər uğurlu karyerası yoxdur. Mən sadəcə faktlara və rəqəmlərə baxıram. Əgər evimi riskə qoymalı olsaydım, Coşa yox, Sirilə güvənərdim."

Qeyd edək ki, 15 noyabrda UFC 334-də Coş Hokit ağır çəki üzrə titul uğrunda Siril Qanla qarşılaşacaq.