UFC çempionu Castin Geyci maraqlı açıqlama ilə gündəmə gəlib. O bildirib ki, yaxın dostu onun İliya Topuriya ilə döyüşündə 320 min dollar mərc edərək 1,1 milyon dollar qazanıb.
Offsideplus.az xəbər verir ki, Geyci bu barədə belə danışıb: "Dostum Qreq dedi ki, sənin döyüşünə 320 min dollar qoymuşam. O, təxminən 1,1 milyon dollar qazandı. Məcbur oldu ki, mərcini üç müxtəlif bukmeker kontorunda yerləşdirsin. Heç biri bütün məbləği bir yerdə qəbul etmədi. Buna görə də müxtəlif əmsallarla oynadı. Özümə mərc etmək imkanım olsaydı, bunu heç vaxt etməzdim".
Qeyd edək ki, Castin Geyci Topuriyanı texniki nokautla məğlub edərək UFC-nin yeni çempionu olub.


