Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə "Sabah"ın qolkiperi Rüstəm Yarəhmədov kollektivə dəvət olunub.

Qeyd edək ki, U-20 yığması noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək isə Bakıda təlim-məşq toplanışında olacaq.