Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq futbolçuların əsasən statistik göstəricilərinə görə qiymətləndirilməsindən narazılığını ifadə edib.
Offsideplus.az xəbər verir ki, "Barselona"nın oyunçusu hazırda çox az adamın oyunları tam izlədiyini bildirib: "Çox az adam qarşılaşmanı tam, yəni 90 dəqiqə izləyir. Bəziləri meydanda nələrin baş verdiyini, futbolçuların hansı qərarları niyə verdiyini, hansı hərəkətin həqiqətən faydalı olduğunu tam anlamır. Futbolçuları qollar və məhsuldar ötürmələrə görə qiymətləndirmək ən asan yoldur. Mənim göstəricilərim bu baxımdan daha azdır. Amma oyunumun necə olduğunu izləsəniz, yaxşı futbolçu olub-olmadığımı anlaya bilərsiniz".


