'Boston Seltiks'in yayda Ceylen Braunla Yannis Antetokunmpo arasında dəyişiklik etməməsi düzgün addım olub. Bu barədə tanınmış basketbol şərhçisi Bill Simmons fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Simmons bildirib ki, Yannis artıq beş il əvvəlki formada deyil və 'Boston Seltiks'in ona ehtiyacı olmayıb: "Düzünü desəm, Yannisə görə düzgün qərar verdilər. Onun artıq əvvəlki kimi olmadığını düşünürəm. Çərşənbə günü onu canlı izlədim, cümə axşamı isə Dok Riverslə bu barədə danışdım və bu, iki günlük media müzakirəsinə səbəb oldu. Məncə, 'Seltiks' yalnız Ceylen Braunun müqaviləsini dəyişmək istədiyinə görə Yannisə maraq göstərirdi – çünki artıq hər iki oyunçuya yüksək məbləğ ödəmək istəmirdilər. Əslində, məsələ bundan ibarət idi. Nəticədə Braun yenə də başqa komandaya keçdi. İndi isə 'Boston Seltiks'in heyətində Pol Corc var və əgər mövsüm indi başa çatsaydı, o, Ulduzlar oyununa seçilərdi. Beləliklə, 'Seltiks' Pol Corcu və iki seçim hüququnu əldə etdi, əks halda Yannisə görə həm Braunu, həm də iki seçimi verməli olacaqdı. Məncə, hər kəs üçün yaxşı nəticə oldu, Ceylen də yaxşı komandada oynayır."