"Barselona" qış transfer pəncərəsində Pau Kubarsi ilə tandem təşkil edə biləcək təcrübəli mərkəz müdafiəçisi axtarışını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu bu məqsədlə Yonatan Ta ilə maraqlanıb.

İdman direktoru Deko və baş məşqçi Hans-Diter Flik almaniyalı müdafiəçinin keyfiyyətlərini yüksək qiymətləndirməyə davam edirlər.

Lakin bu transferin yanvar ayında gerçəkləşməsi mümkün görünmür. Futbolçunun özü hazırda komandasını dəyişməyə isti baxmır, "Bayern Münhen" də oyunçunu qışda buraxmaq niyyətində deyil.