Premyer Liqada yanvar transfer pəncərəsi öncəsi sensasiyalı bir keçid gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" rəqibi "Mançester Siti"nin 25 yaşlı sol müdafiəçisi Rayan Ait-Nurini heyətinə qatmaqda maraqlıdır.
Daha çox oyun vaxtı almaq istəyən əlcəzairli futbolçunun "Siti"dən ayrılmağa isti baxdığı və "Yunayted"lə şəxsi şərtlərin razılaşdırılmasının heç bir problem yaratmayacağı bildirilir.
-
Əsas Maneə – Klublararası münasibətlər: Mançesterin iki nəhəng klubu arasındakı tarixi rəqabət və soyuq münasibətlər bu transferin gerçəkləşməsi qarşısındakı ən böyük engel olaraq qalır.
-
Futbolçunun qərarı həlledicidir: Əgər Ait-Nuri komadadan ayrılmaq üçün rəhbərliyə təzyiq göstərərsə və transfer tələbi irəli sürərsə, iki Mançester klubu arasında razılığın əldə olunması mümkün hesab edilir.
-
Mövsüm performansı: 25 yaşlı sol müdafiəçi əsas heyətdə sabit yer ala bilmədiyi üçün karyerasında yeni bir səhifə açmaq və müntəzəm olaraq meydanda olmaq niyyətindədir.
.jpg?1794323443434)


